Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlayacaq

  • By admin
  • 09 Mart 2018 22:12

Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Baş nazir deyib ki, PKK terror təşkilatı region üçün böyük təhdiddir.

O qeyd edib ki, regionun bütün ölkələri terrorizmlə mübarizəni gücləndirməlidirlər.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və İraqın gələn ay PKK-ya qarşı birgə hərbi əməliyyata başlayacağını bəyan etmişdi.

Gununsesi.info