Türkiyə İŞİD hərbçilərinin deportasiyasına başladı

  • By admin
  • 11 Noyabr 2019 18:36
Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib:
“Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”, – deyə Çataklı əlavə edib.
Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD hərbçilərinin bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytırılacağını bildirmişdi.
Gununsesi.org