Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları çoxalıb

  • By admin
  • 23 Yanvar 2020 17:12

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 242 milyon ABŞ dolları, yaxud 0,23% artaraq 106,456 milyard dollara yüksəlib.

Gununsesi.org  Türkiyə mmediasına istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 28,106 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 159 milyon dollar və yaxud 0,57% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 83 milyon dollar və yaxud 0,11% artaraq 78,350 milyard dollar olub.

Gununsesi.org