Türkiyə millisində Cenk Tosun şoku

  • By admin
  • 13 Noyabr 2019 22:10

Futbol üzrə Türkiyə millisi ciddi itki ilə üzləşib.

Gununsesi.org xəbər verir ki, “ay-ulduzlular”ın hücumçusu Cenk Tosun zədələnib. Zədəsi ciddi olan forvard bu səbəbdən heyətdən çıxarılıb.

Qeyd edək ki, Şenol Günəşin komandası AÇ-2020-nin seçmə mərhələsinin növbəti oyunlarını Andorra və İslandiya millilərinə qarşı keçirəcək.

 

Gununsesi.org