Türkiyə Müdafiə Nazirliyindən dünyaya mesaj

  • By admin
  • 19 Noyabr 2019 23:01
“Şanlı tariximizdə etnik təmizləməyə, dini ayrı-seçkiliyə yer yoxdur”

Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində maraqlı açıqlama yayıb.

Gununsesi.org xəbər verir ki, açıqlamasında Türkiyənin dini ayrı-seçkiliyə yol vermədiyini bildirən Müdafiə Nazirliyi, türk tarixində etnik təmizləməyə də yer olmadığını bildirib:

“Etnik təmizlənmənin, kimyəvi silahların, etnik və dini ayrı-seçkiliyin şanlı tariximizdə və əxlaqi dəyərlərimizdə yeri yoxdur. Eyni zamanda, NATO ordusu olan Türk Silahlı Qüvvələri təhlükəsizlik zonasının yaradılması istiqamətindəki bütün fəaliyyətlərində qanunlarımız və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.”

Gununsesi.org