Türkiyə onları şoka salacaq –  Baxçalı

  • By admin
  • 14 Yanvar 2018 22:45


Millət vəkili və prezident seçkilərində Ədalət və İnkişaf Partiyası ilə birlikdə hərəkət edəcəyik.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə MHP-sinin sədri Dövlət Baxçalı deyib.

“Biz millətimizin gözləntilərinə uyğun şəkildə hərəkət edirik. Bəziləri buna görə dəli olur. Etirazların Türkiyənin düşmənləri tərəfindən gələcəyini gözləyirik, amma “içimizdəkilər”in səsi çıxır. “Qəndil həvariləri” bir-bir gizləndikləri dəliklərdən çıxırlar. Hərbi çevrilişə cəhd zamanı çətin vəziyyətə düşənlər bu gün bizə hücum edirlər. Türkiyəyə qarşı ssenarilər quranlara demək istəyirəm ki, sizin planınız varsa, Allahın da hesabı var. Hamınızı şoka salacağıq”, – Baxçalı bildirib.

 

Gununsesi.info