Türkiyə ordusunun tankı vuruldu - 5 HƏRBÇİ HƏLAK OLUB

  • By admin
  • 03 Fevral 2018 23:34

Suriyanın Afrin bölgəsində Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində 5 hərbçi həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı  ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.

Qeydə edək ki,  Suriyanın Afrin bölgəsində  PKK, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatı yanvarın 20-dən davam edir.

Gununsesi.info