“Türkiyə Prezidenti ilə görüşəcəyimə ümid edirəm” - POMPEO

  • By admin
  • 16 Oktyabr 2019 19:38
“Bizim məqsədimiz Türkiyə ilə münasibətləri pozmaq deyil”.
Gununsesi.org xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərindən öncə “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, əsl məqsəd Suriya münaqişəsinin həlli yollarını tapmaqdır: “Türkiyə NATO-nun üzvüdür. Bizim təhlükəsizlik sahəsində ümumi maraqlarımız var”.
Danışıqlar aparmaq üçün ABŞ-ın vitse-prezidenti Mayk Penslə birgə Türkiyəyə gedəcəyini xatırladan M. Pompeo qeyd edib ki, səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp danışıqların yüksək səviyyədə aparılmasını vacib hesab edir.
Gununsesi.org