Türkiyədə avtomobillə qaçan terrorçu helikopterdən vuruldu

  • By admin
  • 06 Dekabr 2016 20:38

kacan-terorist-helikopterle-vuruldu-h1481036591-4b5644

 

Türkiyənin Diyarbəkir vilayətinin Liçe mahalında avtomobil vasitəsilə təhlükəsizlik qüvvələrindən qaçmağa çalışan terrorçu helikopterdən açılan atəşlə vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə sözügedən vilayətin valiliyi məlumat yayıb.

“Xeyli hərbçinin iştirakı ilə təşkil edilən əməliyyata Kobra tipli helikopterlər də dəstək verir. Əməliyyat zamanı bir qrup PKK terrorçusunun yeri dəqiq şəkildə öyrənilib. Daha sonra şiddətli atışmaların getdiyi məlum olub”, – açıqlamada bildirilib.

 

Gununsesi.info