Türkiyədə bələdiyyə avtobusu qəzaya düşdü - 31 YARALI

  • By admin
  • 01 Noyabr 2019 18:04

Ankarada Çankaya Bələdiyyəsinə məxsus avtobus qəzaya düşüb.

Gununsesi.org “hurriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 25-i qadın, 3-ü uşaq, 2-si tibb bacısı və 1 sürücü olmaqla ümumilikdə 31 nəfər xəsarət alıb.

Məlumata görə, sərnişinlər xərçəng xəstəliyi ilə bağlı müayinədən qayıdırlarmış.

Qəzanın sürücünün yağışlı yolda idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org