Türkiyədə “deputat toxunulmazlığı” ləğv edildi

  • By admin
  • 20 May 2016 17:51

Türkiyə parlamentinə təqdim edilmiş “Millət vəkillərinin toxunulmazlıqlarının qaldırılması” qanunu qəbul edilib.

Türkiyə Böyük Millətlər Məclisində keçirilmiş səsvermədə əksəriyyət toxunulmazlığın ləğvinə səs verib.

Qanunun lehinə 376, əleyhinə 149 deputat səs verib.

Ekspertlər hesab edir ki, bu qərara səbəb PKK yönümlü deputatların qanun qarşısında məsuliyyətə cəlb olunmasıdır. PKK-nı açıq şəkildə dəstəkləyən kürd əsilli deputatlar toxunulmazlıq statuslarına malik olduqlarına görə, məsuliyyətə cəlb oluna bilmirdi.

.170x106xturk.jpg.pagespeed.ic.a33qa3QO2b