Türkiyədə illərdir axtarılan Eyvaz Qorxmaz ələ keçirildi - FOTO/VİDEO

  • By admin
  • 24 Noyabr 2019 15:09

Türkiyədə illərdir axtarılan mafiya lideri Eyvaz Qorxmaz tutulub.

“Qafqazinfo” “Hürriyet”ə isitnadən xəbər verir ki, 1998-ci ildə törədilən cinayətə görə axtarılan Qorxmazın 1990-cı illərdə törədilən qətllərdə də hallanır

İstanbulda villaların birində ələ keçirilən cinayətkar şəbəkənin liderinin qızı və köməkçisi də həbs edilib. Mafiya başçısı haqqında 1998-ci ildə 15 il 9 aylıq həbs qərarı verildiyi məlum olub. O eyni zamanda 5 adam öldürmə, 10 silahla yaralama faktlarına görə də ittiham olunur. Qorxmazın evindən , həmçinin, 1 ədəd tapança, 690 ədəd narkotik vasitə tapılıb.

Eyvaz Qorxmaz, qızı və köməkçisi ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər.


 

 

Gununsesi.org