Türkiyədə qanunsuz miqrantların gəmisi batdı

  • By admin
  • 14 Oktyabr 2019 11:20

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qanunsuz miqrantları daşıyan gəmi batıb.

Gununsesi.org-un “Milliyet”ə istinadən verdiyi xəbərə görə, göyərtədə olan 35 nəfərdən 33-nün həyatını xilas etmək mümkün olub.

Hadisə nəticəsində bir uşaq ölüb. Başqa bir azyaşlı isə sulara qərq olduğundan onun axtarışları istiqamətində tədbirlər görülür.