Türkiyəli nazir: “İsraillə münasibətlərdə “Həmas” şərti yoxdur”

  • By admin
  • 22 İyun 2016 14:53

chAVUSHOGHLU

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son vaxtlar inkişaf edən Türkiyə-İsrail münasibətləri ilə bağlı açıqlama verib. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, nazir qeyd edib ki, İsraillə münasibətlərdə “Həmas” şərti yoxdur. Mövlud Çavuşoğlu həmçinin belə bir şərtin ola bilməyəcəyini vurğulayıb.

Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması istiqamətində gedən danışıqlara toxunan nazir söyləyib ki, münasibətlərin normallaşdırılması üçün irəlisürülən şərtlər sadədir və İsrail tərəfi bunları yerinə yetirəcəyinə razılıq verib.

Nazir deyib ki, İsrail Qəzza üzərində mühasirə və embarqo aradan qaldırıılarsa münasibətlərin normallaşmasında heç bir problem qalmayacaq: “Çünki fələstinli qardaşlarımız çox çətin durumda yaşayırlar. Onlara maneəsiz yardımlar çatdırmaq üçün şərait yaradılmalıdır. Bizdə o zaman əlaqələr də normallaşacaq, səfirlər geri dönəcək və digər addımlar atılacaq. Hazırda biz bunları müzakirə edirik. Qarşıdakı toplantıda iki ölkə arasında anlaşma olacaq, ya yox?! Təbii ki, bu, İsrailin atacağı addmdan asılı olacaq.”

“Həmas”la bağlı məsləyə toxunan Çavuşoğlu deyib ki, bununla bağlı hər hansı problemin olduğunu düşünmür. “Bizim “Həmas”la olan əlaqələrimiz əvvəlcədən açıq olub və bu heç kim üçün gizli deyil: “Həmas” olmadan bölgədə uzunmüddətli sülhün olmayacağını artıq bu gün İsrail tərəfi də anlayır və qəbul edir.”

M. Çavuşoğlu əlavə edib ki, dolayısıyla bundan sonra da Fələstin daxilində birlik yaratmaq, lazım gələrsə, Yaxın Şərqdə sülhə töhfə vermək üçün “Həmas”la əlaqələr davam etdiriləcək: “Bizim bu addımımızı İsrail tərəfi də çox normal və anlayışla qarşılayır. Odur ki, münasibətlərimizdə “Həmas” deyə bir şərt yoxdur və ola da bilməz”.

Gununsesi.info