Türkiyənin 81 bölgəsində əməliyyat: 476 nəfər saxlanıldı

  • By admin
  • 10 Noyabr 2019 18:16

Türkiyənin 81 bölgəsində “Güvən Dinclik-6” əməliyyatı zamanı 476 nəfər saxlanılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyədə sabitlik və ictimai asayişi qorumaq məqsədilə keçirilən əməliyyatda 69 min 246 polis əməkdaşı iştirak edib.

Əməliyyatlar zamanı 13-ü uşaq olmaqla 31 itkin düşmüş hesab edilən şəxs tapılıb və çox sayda silah-sursat və narkotik maddə ələ keçirilib.

 

Gununsesi.org