Türkiyənin Çanaqqala bölgəsində ağır yol qəzası baş verib -Ölənlər var

  • By admin
  • 10 Dekabr 2018 19:03

Türkiyənin Çanaqqala bölgəsində ağır yol qəzası baş verib.

“Gununsesi.org” xəbər verir ki, hadisə yerli vaxtla 07:30-da baş verib. Bölgədəki fabriklərdən birinin işçilərini daşıyan mikroavtobus TIR-la toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, yanğınsöndürən və polis cəlb edilib.

Aysel Kərimova