Türkiyənin Kappadokiya bölgəsinə səfər edən çinli turistlərin sayı kəskin azalıb

  • By admin
  • 28 Yanvar 2020 19:11

Türkiyənin bütün dünyada məşhur olan turizm mərkəzi – Kappadokiya bölgəsinə səfər edən çinli turistlərin sayı kəskin azalıb. 

Gununsesi.org türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Turizmin İnkişafı üzrə Kooperativ Birliyinin rəhbəri Mustafa Durmaz məlumat verib.

Onun sözlərinə görə, hər il bölgəyə səfər edən turistlərin təxminən yarısını təşkil edən Çin vətəndaşları hotellərdə tutduqları yerlərdən imtina ediblər.

“Hələ ki, imtina halları çox deyil, ümid edirik ki, aprel-may aylarında vəziyyət düzələcək”, – deyə turizm rəsmisi qeyd edib.

 

Gununsesi.org