Türkiyənin sərhəd rayonlarında məktəblər bağlandı

  • By admin
  • 16 Oktyabr 2019 19:07

Türkiyənin Suriya ilə sərhədində yerləşən 156 məktəbində dərslər dayandırılıb.

Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mardində, Artuklu və Kızıltəpədə yerləşən orta məktəblərdə dərslərə 2 günlük fasilə verilib. Buna səbəb isə bölgədə “Sülh Çeşməsi” hərəkatı çərçivəsində terrorçuların sivillərə tez-tez atəş açmalarıdır.

Görülən tədbirlər uşaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

 

 

Gununsesi.org