Türkiyəyə 18 milyard dollar həcmində sərmayə qoyacaq - SOCAR

  • By admin
  • 15 İyul 2016 17:11

xin-5

“2018-ci ilədək SOCAR Türkiyəyə 18 milyard ABŞ dolları həcmində sərmayə qoyacaq”.

XİN-dən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşündə bir sıra vacib məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunulub. Bildirilib ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yer tutduğu, təkcə ARDNŞ tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu qeyd olunub. Görüşdə Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərdiyi vurğulanıb. Nazirlər qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin, ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf etdiyi diqqətə çatdırılıb. Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, mütəmadi əsasda iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin keçirildiyi qeyd olunub. Tərəflər beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdəsülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğulanıb. Nazirlər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırıblar. Nazirlər həmçinin Azərbaycan və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin region və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildiriblər.

Gununsesi.info