Türkmənistanlı deputatlar Azərbaycana gəlir

  • By admin
  • 02 Noyabr 2019 10:31

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

Gununsesi.org  xəbər verir ki, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub

Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

Gununsesi.org