Tutun insan sağlamlığı üçün faydaları  

Tutun insan sağlamlığı üçün faydaları   

tut

 

İstər hər mövsümdə qurusu, istərsə mövsümündə təzə halda yeyilən tut sağlamlıq baxımından çox xeyirlidir. Kalium, tiamin, kuersetin, niasin, kalsium, dəmir, B və C vitamini və orqanik turşular ehtiva edən tutun faydaları sadalamaqla bitmir. Gununsesi.info tutun faydalarını araşdırıb:

– Kalori dəyəri olduqca yüksəkdir, enerji anbarıdır, iştah artırır.

– Halsızlıq və yorğunluq üçün faydalıdır.

– Qan azlığı olanlara nizamlı yemək təklif edilir.

– İltihabı aradan qaldırmaq xüsusiyyəti var.

– Ağız yaraları, badamcıq və diş əti xəstəliklərində faydalıdır.

– Uşaqlarda beyin inkişafı üçün təsirlidir.

– Zəka inkişafına xeyirlidir.

– Həzm sistemini sürətləndirir, qəbizlik problemi yaşayanlara müsbət təsiri var.

– Bağırsaq parazitlərinə qarşı təsirlidir.

– Astma və ağciyər xəstəliklərində müsbət təsiri var.

– Sakitləşdirici xüsusiyyəti var. Stressli anlarda yağlı və şəkərli yeməklər yerinə seçim edilə bilər.

Kalori dəyəri və qlisemik indeksi yüksək olan tut arıqlama proqramlarında təklif edilmir. Xüsusilə şəkər xəstələrinin və insulin müqaviməti yaşayan insanların tutu diqqətli yeməsi məsləhətdir. Qan şəkərini sürətli yüksəltdiyi üçün çatışmazlıqlar ola bilər.

 

COMMENTS