“Uber”in pilotsuz maşını piyadanı vuraraq öldürüb

  • By admin
  • 20 Mart 2018 09:20

Uber” şirkətinin pilotsuz avtomobili ABŞ-da piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, taksi sifarişi üzrə “Uber Technologies” xidməti avtomobillərdən birinin Arizona ştatında 49 yaşlı qadını vurub öldürməsindən sonra pilotsuz nəqliyyat vasitələrinin sınağını müvəqqəti olaraq dayandırıb.

Bildirilir ki, operator tərəfindən idarə olunan avtomobil qadını yolu piyadalar üçün nəzərdə tutulmayan yerdə keçərkən vurub.

Şirkətdən bildiriblər ki, hadisənin səbəblərinin araşdırılmasında yaxından iştirak edirlər və ölən şəxsin ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Gununsesi.info