Üç hüquqi şəxs məhkəmə məsuliyyətinə cəlb edilib

  • By admin
  • 15 Yanvar 2020 10:29

2019-cu il ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə yeddi cinayət işinin istintaqı tamamlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

K.Əliyev bildirib ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə üç cinayət işi üzrə üç hüquqi şəxs barədə qərar qəbul olunmaqla, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Gununsesi.org