Ucarda maraqlı tapıntı- SİLAH SURSAT AŞKAR EDİLDİ

Ucarda maraqlı tapıntı

Ucarda kənd ərazisində 3 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar tapılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda qeyd edilir ki, 2019-cu il 10 Oktyabr tarixində saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ucar rayonu, Müsüslü kəndi ərazisində əl qumbarasının və “Kalaşnikov” avtomatının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ucar rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Ucar rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Ələt-Qazax avtomobil yolunun kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQD-5), 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

Gununsesi.org

COMMENTS