“Üçüncü sinif dərsliyində erotika var” - AQIL ABBAS

  • By admin
  • 16 Oktyabr 2018 14:21

“Azərbaycanda zərərli informasiyaları dərsliklərin özü yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir”.

“Gununsesi” xəbər verir ki, bunu deputat  Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihənin müzakirəsi zamanı deyib. Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib: “Məhəmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materialalr yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq da cavab verib “ yox”, atası da onu vurub.

Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. 7-ci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq.  Sonra  das deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur?”.

Deputat Zahid Oruc da  çıxışında qeyd edib ki, dərsliklərdə yer alan bizə çox adi gələn nağıllar uşaqların formalaşmasına təsir edir: “Məlikməmməd nağılının mahiyyətində qardaşın qıza görə qardaşını quyuya salması durur. Nə qədər “Cırtdan”nağılı demək olar. Millətdə sanki bu obraz yaradır. “Uşaq və buz” şeirinin mahiyətinə baxaq, burada uşaqla buzun mübarizəsində uşaq buzun üstündə dayanmaq istəmir, onu yazla hədələyir. Uşaqlar 80 faiz informasiyanı kompüterdən alır. Uşaqlara nə qədər qadağan etsək də, onun qarşısını ala bilməyəcəyik. Biz alternativ vasitələr yaratmamışıq. Ona görə də “Selena”ya baxırlar. Ölkəmizdə bir dənə milli oyun yoxdur. Nə qədər baxacaqlar? Axı biz alternativ nə yaratmışıq?”.

Gununsesi.org