UEFA-dan “Qarabağ”a daha bir ödəniş

  • By admin
  • 25 Noyabr 2019 20:33

UEFA-nın Klub Yarışları Komitəsinin 2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

Gununsesi.org xəbər verir ki, UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin market pool nisbətində paylanacağı razılaşdırılıb.

“Qarabağ”a ayrılan 159 min 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

 

Gununsesi.org