Ukranyada siyasi çalxalanma: Zelenski Baş nazirin istefasını qəbul etmədi

  • By admin
  • 18 Yanvar 2020 11:14

Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir Aleksey Qonçarukun istefasını qəbul etməyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Zelenski Qonçaruka “daha bir şans” vermək qərarına gəlib. O, Qonçarukla görüşündə deyib:

“Mən bu gün sizin son münaqişə vəziyyəti və ya qalmaqallar, belə deyək, xoş olmayan olaylarla bağlı istefa ərizənizi aldım. Mənim sizə və gənc hökumətə olan şəxsi münasibətimi bilirsiniz. Düşündüm ki, yaxşı olar ki, cəmiyyətimizi narahat edən indiki kimi vacib məqamları həll etməniz üçün mən sizə ikinci şans verim”.

Qeyd edək ki, bundan əvvəl Baş nazirin səs yazısı yayılmışdı. Səs yazısında bir neçə nəfər prezidentin iqtisadi siyasətini müzakirə edirlər. Səsi Qonçaruka bənzər şəxs prezidentin iqtisadiyat haqqında ibtidai fikirlərə sahib olduğunu deyir.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org