Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib

  • By admin
  • 26 Yanvar 2020 18:23

Ukrayna prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisi bildirib.

“Ukrayna prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabra qədər 97 nəfər əfv edilib”, – deyə dövlət başçısının ofisinin “Ukrayna xəbərləri” agentliyinin sorğusuna cavabında bildirilir.

Qeyd edilir ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir. Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilmir.

 

 

Gununsesi.org