Ukrayna Rusiya ilə 10 illik qaz müqaviləsi bağlamaq istəyir

  • By admin
  • 18 Sentyabr 2019 19:12

Ukrayna Rusiya ilə yeni 10 illik qaz müqaviləsi bağlamaq istəyir.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, belə bir təklif Kiyev tərəfindən Brüsseldə irəli sürülüb. Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi naziri Aleksey Orjel bildirib ki, ölkəsi ildə 60 milyard kubmetr qaz nəqlini təklif edəcək. O həmçinin deyib ki, rusiyalı nümayəndələrə bu rəqəmi ildə 90 milyard kubmetrə çatdırmaq təklif olunacaq.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı hazırkı qaz müqaviləsinin müddəti dekabrın 31-də bitir.

 

 

Gununsesi.org