Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

  • By admin
  • 29 Oktyabr 2019 21:34

Noyabrın 8-də Ukraynanın Xarkiv şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə şəhər meri Hennadiy Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Görüş zamanı həmçinin iki ölkə arasında turizm əməkdaşlığı, Ukrayna iqtisadiyyatına Azərbaycan sərmayələrinin yatırılması məsələləri müzakirə olunub.

“Həqiqi təmas nöqtələrini tapmaq, qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın günlərdə Ukraynada iqtisadi forum keçirməyi nəzərdə tuturuq” – deyə səfir qeyd edib.

 

Gununsesi.org