Ukraynada deputat ona sual verən şəxsi başını kəsməklə hədələdi - Video

  • By admin
  • 05 Noyabr 2019 09:07

Ukraynanın “Müxalif platforma – Həyat üçün” partiyasının deputatı İlya Kiva ona sualla müraciət edən yoldan keçən şəxsə hədə-qorxu gəlib.

Gununsesi.org xəbər verir ki, millət vəkili avtomobilinə əyləşərkən bir nəfər vətəndaş ona “Xalqdan gizlənməyə çalışmırsınız?”, – deyə müraciət edib. Kiva həmi şəxsə “Sən axmaqsan? İndi başını üzəcəm” cavabını verib.

Deputat daha sonra açıqlamasında heç bir qanunu pozmadığını, ona qarşı hazırlanmış təxribata cavab verdiyini deyib:

“Mən bundan sonra da öz şərəf və ləyaqətimi, o cümlədən ailəmi hər cür vasitələrlə müdafiə edəcəyəm. Əgər qanunu pozacağamsa, hər zaman hərəkətlərimə görə cavab verməyə hazıram”.