Ukraynada oliqarx hökmranlığının sonu yaxınlaşır

  • By admin
  • 24 İyul 2019 09:49

Zelenski Səs Partiyasının lideri Vakarçuka müttəfiqlik təklif edib

İyulun 21-də Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin hələ rəsmi təsdiqlənməmiş nəticələrinə görə Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası qalib gəlib. 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistemdə Xalq Xidmətçisi Partiyası 42,5% səs qazanıb.

Ali Radaya düşmək üçün gərəkli 5 faizlik həddi daha dörd partiya keçə bilib. Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına əsasən, deputat Yuri Boykonun Müxalif Platforma Partiyası 12,9%, sabiq prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 8,5%, deputat Yuliya Timoşenkonun Batkivşina Partiyası 8,01%, musiqiçi Svyatoslav Vakarçukun Səs Partiyası 6,3% səs toplayıb.

Majoritar sistem üzrə səsvermənin nəticələrinə gəlincə, Xalq Xidmətçisi Partiyası azı 121 dairədə liderlik edir.

İlkin hesablamalara görə, prezident partiyası üst-üstə 255 mandat ala bilər.

Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.

Onu da qeyd edək ki, seçkilərdə həmyerlimiz Fəxrəddin Muxtarov da Ukrayna Ali Radasının deputatı seçilib.

Ukraynada keçirilən parlament seçkilərinin nəticələrini “Yeni Müsavat”a şərh edən politoloq Nəzakət Məmmədova bildirdi ki, Ukraynada keçirilən parlament seçkiləri o baxımdan diqqətəlayiqdir ki, prezident Zelenskinin 42 faiz səs toplamış Xalqın Xidmətçisi Partiyası ilə yanaşı Pyotr Poroşenko, Yuliya Timoşenko və başqa müxalif liderlərin də partiyaları Radaya tələb olunan baryeri aşaraq, qanunverici orqanda təmsil olunmaq hüququ əldə ediblər. Bu, seçkilərin demokratiya, yaxud “razılaşdırılmış demokratiya”, yəni Ukraynada marağı olan böyük güclərin parlamenti qarşılıqlı formalaşdırmaq barədə razılığa gəldiyini göstərə bilər: “Hazırda qarşıda duran əsas vəzifələrdən biri prezident Zelenskinin öz partiyasına müttəfiqlər seçməsidir ki, qanunvericilik orqanında üstün mövqedə olan fraksiya formalaşdıra bilsin. Bununla Zelenski prezident kimi qanunvericilik təşəbbüsünü uğurla həyata keçirməklə yanaşı, gələcək fəaliyyətinin sərt tənqid olunmasından özünü və komandasını sığortalaya bilər.

Vakarchuk Zelenski ile ilgili görsel sonucu

Zelenskinin etiraf etdiyinə görə, o, bu məsələni Səs Partiyasının lideri Vakarçukla artıq müzakirə edərək, ona müttəfiqlik təklif edib. Zelenskinin cəmi 6 faiz səs toplamış, digər 5 parlament partiyası arasında ən axırıncı yerdə olan və heç bir halda rusiyayönümlü qüvvələrlə ittifaqa getməyəcəyini deyən Səs Partiyasının lideri Vakarçuka ittifaq təklifi bir neçə məsələni ehtimal etməyə imkan verir. Zelenski keçmiş prezident Poroşenko və sabiq baş nazir Timoşenko ilə koalisiyaya getmək istəmir; o, oliqarxların Ukrayna siyasətində rolunun məhdudlaşdırılması vədinə sadiqdir; rusiyayönümlü yox, qərbyönümlü qüvvələrlə hakimiyyətin qanunverici qolunda mövqeyini gücləndirmək istəyir. Səs Partiyası sağ mərkəzçi, avropayönümlü partiyadır və bu ilin may ayında yaradılıb. Cəmi iki ay əvvəl yaradılmış partiyanın artıq 6 faiz səs toplayaraq parlamentə daxil olması və prezident Zelenskinin ona koalisiya təklif etməsi bir qədər şübhəlidir və daha çox Qərbin dəstəyi ilə parlamentdə Zelenskiyə müttəfiq kimi qısa müddətə meydana atılmış siyasi qüvvə təsiri bağışlayır”.

Vakarçukun məşhur “Elza okeanı” rok qrupunun yaradıcısı olduğunu və Zelenskinin özü kimi şou-biznesdən gəldiyini, bununla belə, hər il Ukraynanın yüz ən nüfuzlu şəxsi siyahısına daxil olduğunu xatırladan politoloqun fikrincə, onun siyasətə qatılması və Zelenskiyə dəstəyi Ukraynada oliqarxların hüdudsuz hakimiyyətinə son qoymaq üçün Qərb siyasi mərkəzlərinin sifarişinə daha çox oxşayır: “Lakin Timoşenko və Poroşenko da Zelenski və Vakarçukun partiyaları ilə ittifaqa getmək istəklərini bildiriblər. Bu da onu göstərir ki, Ukrayna siyasətinin duayenləri bu ölkədə Rusiyanı perspektivsiz hesab edirlər və ölkənin gələcəyinin Qərbdən asılı olacağı qənaətindədirlər. Rusiyanın təsir gücü həm də oliqarxlar vasitəsilə həyata keçirildiyindən, Qərbin təlimatına əsasən, Zelinski onları zəiflətmək, rusiyayönümlü siyasi elita qalıqlarının maliyyə mənbələrini çökdürmək fikrindədir. Ukraynadakı parlament seçkilərinin nəticəsi də onu göstərdi ki, Qərb Rusiya ilə maraqlarının toqquşduğu keçmiş sovet respublikalarında, xüsusilə Ermənistanda, Ukraynada Rusiya ilə razılaşdırılmış demokratiya oyunu aparır. Hakimiyyətə gətirilən qərbyönümlü şəxslərin siyasi partiyalarına parlament seçkilərində birinci yer, ona müttəfiq ola biləcək başqa qərbyönümlü partiyalara növbəti yerlər verilir. Rusiyayönümlü bir partiyanın da parlamentə daxil olmasına icazə verilir”.

Ä°lgili resim

N.Məmmədovanın sözlərinə görə, mümkün versiyalardan biri də odur ki, Zelenskinin partiyası, ümumiyyətlə, koalisiyaya getməsin. Hazırkı Ukrayna iqtidarına beynəlxalq dəstəyin olması Zelenskiyə imkan verəcək ki, o, Rusiyaya qarşı fəaliyyətini qətiyyətlə aparsın, oliqarxiyanı Ukrayna siyasi sistemindən silib atsın və sair: “Böyük Yeddilik üzvlərinin seçkilərin demokratikliyini tanıması, ABŞ Beynəlxalq Demokratiya İnstitutu müşahidə missiyasının Donbası işğal olunmuş Ukrayna ərazisi adlandırması onu deməyə əsas verir ki, ABŞ və Avropa Zelenskini Rusiya qarşısında əzmlə müdafiə edəcək”.

Gununsesi.org