Ukraynada seçkilər: prezident Zelenskinin partiyası irəlidədir

  • By admin
  • 22 İyul 2019 13:47

21 iyulda Ukraynada keçirilən növbədənkənar partlament seçkilərinin ilkin nəticələrinə görə, prezident Volodymyr Zelenskinin partiyası irəlidədir.

Exit-poll-a əsasən, “Xalqın qulluqçusu” partiyası parlamentdə çoxluq təşkil edəcək, amma bir hökumət qurmaq üçün onlara koalisiya ortağı lazımdır.

Cənab Zelenski bu ilin aprelində keçirilən prezident seçkisində zəfər qazanmışdı, lakin istədiyi nazirləri təyin edə bilməmişdi.

O, radikal islahatlar həyata keçirməyə və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib.

Bazar günü Kiyevdə səsvermədən sonra BBC-nin əməkdaşı Steve Rosenberg-lə danışan cənab Zelenski parlament seçkilərini “bəlkə də prezident seçkisindən daha əhəmiyyətli” adlandırıb.

Seçkilərdə 22 siyasi partiyanın nümayəndələri iştirak ediblər.

Candidates in the election

İndiyə qədər nə məlumdur?

Bir qism rəsmi xəbərlərə görə, səslərin 29 faizi hesablanıb. Hesablamalara əsasən, prezident Zelenskinin partiyası 42,1%, Rusiyayönlü “Həyat naminə” müxalifət platforması isə 12,7% səs toplayıb.

Lakin Volodymyr Zelenski bu platorma ilə hər hansı bir koalisiya ehtimalını istisna edib.

Seçkilərdən sonra Kiyevdə danışan prezident Zelenski, rokçu ulduz Svyatoslav Vakarçukun başçılıq etdiyi bir partiyanı koalisiya qurma mövzusunda danışıqlar aparmaq üçün dəvət etdiyini söyləyib.

Cənab Vakarçukun “Holos” (Səs) partiyası hələ ki, 6,4 % səs toplayıb.

Keçmiş prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası səslərin 8,7%-ni, sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşçina” (Ana vətən) 8,2%-ni qazanıb.

Svyatoslav Vakarchuk

Radada 450 yerdən 225 yerə seçki partiya siyahıları üzrə keçirilir, 119 yerə seçki majoritar sistem üzərində qurulub, qalan yerlər isə azad qalıb.

Vəzifəsinin icrasına rəsmən başlayandan dərhal sonra prezident Zelenskinin atdığı ilk addım Ukrayna parlamentinin buraxılacağı haqqında qərar olub.

O, bunu ukraynalılar arasında hazırkı deputatlara etimadın aşağı olması ilə izah edib.

Seçkilərdən qabaq Rusiya Ukraynanın “Müxalifət platforması” partiyası və bu təşkilatın liderlərindən biri Viktor Medvedçuka dəstək verib.

Viktor Medvedçukun rusiyalı siyasətçilərlə sıx əlaqələri var, o eləcə də Vladimir Putinin yaxın dostudur.

Gununsesi.org