Ukrayna bu il neft ehtiyacının 78%-ni Azərbaycandan alıb

  • By admin
  • 12 Dekabr 2019 13:03

Bu ilin yanvar-noyabr ayları ərzində Ukrayna Azərbaycandan 297,9 mln. ABŞ dolları dəyərində neft idxal edib ki, bu da Ukraynanın ümumi xam neft idxalının 77,8%-nə bərabər olub.

Gununsesi.org-un APAya istinadən verdiyi məlumata görə, ümumilikdə, hesabat dövründə Ukrayna 382,7 mln. dollar dəyərində neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

Neft idxalının həcminə gəldikdə isə, 2019-cu ilin yanvar-noyabr aylarında Ukrayna xam neft idxalının həcmini 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% artıraraq 745,9 min tona çatdırıb.

Gununsesi.org