Ulduz futbolçu jurnalisti nə səbəbə şillələdi?

  • By admin
  • 12 Noyabr 2018 20:43

Almaniya Bundesliqasının 11-ci turunda keçirilən “Borussiya” (Dortmund) – “Bavariya” (3:2) maçından sona qalmaqal yaşanıb.

“Gununsesi.org” xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Frank Riberi jurnalisti şillələyib.

Səbəb isə jurnalist Patrik Qiyunun komandanın buraxdığı qollarda fransız futbolçunu günahlandırmasıdır. Buna görə media nümayəndəsi ilə mübahisə edən Riberi ona 3 şillə vurub. Həmçinin yumruqla zərbə endirib.