Ürək üçün faydalı olan məhsullar açıqlandı

  • By admin
  • 29 Sentyabr 2019 17:06

Rusiyalı mütəxəssislər 29 sentyabr – Dünya Ürək Günü ilə əlaqədar ürək üçün faydalı və zərərli olan məhsulların adlarını açıqlayıb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, onlar yağlı ətdən imtina etməyi və şəkərin istifadəsini azaltmağı məsləhət görür. Quş və balıq əti, eləcə də qoz, ərik qurusu, lobya, yağsız və şirin olmayan süd məhsullarına üstünlük verilməsi daha uyğun hesab edilir.

Masada meyvə və tərəvəzlərin olması mütləqdir. Onlardan sutka ərzində 400 qramdan az olmayan miqdarda istifadə etmək lazımdır. Şirniyyat (konditer məhsulları və qazlı içkilər) qəbulunu isə minimuma qədər salmaq lazımdır.

 

 

Gununsesi.org