Ürək xəstəliklərinə tutulmaq istəmirsinizsə, bu 12 məhsulla qidalanın

  • By admin
  • 05 Dekabr 2019 10:13
Qida üzrə ekspertlər sellülozla zəngin, tərkibində omeqa-3 kimi faydalı yağların olduğu məhsullardan istifadə etməyi məsləhət görür. Bu məhsullar ürək və qan damarlarının sağlamlığını effektiv şəkildə dəstəkləyir və onlarla bağlı yarana biləcək xəstəliklərin qarşısını ala bilər.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən həmin məhsulları təqdim edir:

 

Tər meyvələr. Onların tərkibində qan dövranı sistemindəki pozulmaların qarşısını alan çox miqdarda sellüloz, vitamin və antioksidantlar var.
Qara paxla. Sellülozla zəngin olan qara paxlanın da tərkibində ürək-damar sağlamlığını qoruyan kalium və digər vitaminlər var.
Skumbriya. Bu yağlı balıq qan təzyiqini aşağı salan və qan damarlarının elastikliyini qoruyub-saxlayan omeqa-3 yağının əla mənbəyidir. Skumbriya, həmçinin, qan təzyiqini aşağı salan D vitamini ilə zəngindir.
İspanaq. Onun tərkibində olan nitrit adlı birləşmə tıxanan arteriyaları genişləndirir və ürəktutması, insultdan sonra bərpanı yaxşılaşdırır.
Avokado. Mono-doymuş yağlarla, eləcə də kaliumla zəngin avokado meyvələri qanda xolesterinin səviyyəsini aşağı salır və qan təzyiqini tənzimləyir.
Qoz. Mono-doymuş yağlarla yanaşı, qozun tərkibində çox miqdarda zülal, sellüloz və antioksidantlar var. Bunlar onu ürək üçün ideal ara yemək hesab etməyə imkan verir.
Kətan toxumu. Bu məhsul ürək əzələsini iltihabdan qoruyan omeqa-3 yağı, sellüloz və bitki mənşəli birləşmələrlə zəngindir.
Yaşıl çay. Onun istifadəsi xolesterinin səviyyəsini və trombların yaranma riskini aşağı salır.
Günəbaxan toxumu. Onun tərkibində olan E vitamini və folat ürəyi qidalandırır, möhkəmləndirir. Bundan başqa, tumlarda qanda xolesterinin səviyyəsini aşağı salan fitosterol var.
Sarımsaq. Antioksidantlarla yanaşı, sarımsağın tərkibində olan allitsin trombların yaranmasının qarşısını alır.
Kayen bibəri. Onun tərkibində olan birləşmə xolesterinin səviyyəsini tənzimləyir və qan dövranını yaxşılaşdırır.
Mərci. Sellüloz və foli turşusu ilə zəngin məhsul ürək və damarların vəziyyətini yaxılaşdırır.