Uruqvay rəqibini darmadağın edib, Paraqvay 1 xalla kifayətlənib- VİDEO

Uruqvay rəqibini darmadağın edib, Paraqvay 1 xalla kifayətlənib

Braziliyada keçirilən Amerika kuboku davam edir.

APA-nın məlumatına görə, yarışın üçüncü günündə daha iki oyun keçirilib.

Hər iki matçda 4 qol vurulub. B qrupunda ilk tura Paraqvayla Qətər arasında qarşılaşma ilə yekun vurulub. Hərəyə 2 qol vuran komandalar 1 xal qazanıblar.

C qrupunda mübarizəyə darmadağınla start verilib. Uruqvay Ekvador üzərində 4:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, ilk tura C qrupunun Yaponiya – Çili matçı ilə yekun vurulacaq.

Amerika kuboku

I tur
B qrupu
Paraqvay – Qətər – 2:2
Kardozo, 4 (pen.), Qonzales, 56 – Almoez, 68, Boualem, 77
C qrupu
Uruqvay – Ekvador – 4:0
Lodeyro, 6, Kavani, 33, Suares, 44, Mina, 76 (avtoqol)

COMMENTS