Uşaq anasını vuran avtomobili təpikləyib, sürücünü hədələdi – Anbaan VİDEO

  • By admin
  • 13 Dekabr 2019 17:13

Piyada keçidində baş verən qəzanın görüntüləri yayılıb.

Gununsesi.org Milli.Az-a istinadla xəbər verir ki, görüntülərdə avtomobilin piyada keçidi ilə yolu keçən ana-balanı vurması əks olunub.

Hadisə Çində, Çuntsin vilayətində baş verib. Orta yaşlı sürücü hərəkətdə olan “Nissan” markalı avtomobili ilə piyada zolağıyla yolu keçən qadınla uşağı vurub. Zərbənin təsirindən qadın yerə yıxılıb. Uşaq anasının halını soruşduqdan sonra, avtomobili təpikləyib və sürücünü hədələyib.

Sürücü yaralı qadını avtomobilinə qoyaraq yaxınlıqdakı xəstəxanaya çatdırıb.

Sosial şəbəkələrdə yayılan videoda azyaşlının hərəkəti müzakirələrə səbəb olub.

Gununsesi.org sözügedən görüntüləri təqdim edir:

 

 

Gununsesi.org