Utancaqlığın səbəbi nədir?- ONTAN QURTULMAQ MÜMKÜNDÜRMÜ?

Utancaqlığın səbəbi nədir?

Bir məclisə gedəndə yeni insanlarla tanış olmaq, onlarla danışmaq fikri sizi qorxudurmu? Ya da kütlə qarşısında çıxış etməyi və ya bir tədbirdə aparıcı olmağı düşünmək belə sizi tərlədirmi? Elədirsə, tək deyilsiz.

Akindele Michael utancaq uşağı idi. Nigeriyada vaxtının çoxunu ailəsinin evində keçirirdi. Amma valideynləri heç utancaq deyildilər. Akindele düşünür ki, evdəki qoruyucu mühitdə böyüdüyü üçün utancaq olub. Bu, həqiqətən də belədirmi?

Londondakı “Kings College”-də inkişaf etmiş davranışın genetikası professoru Thalia Eley bunun qismən doğru olduğunu bildirir:

“Utancaqlıq xasiyyətdən irəli gəlir, xasiyyət isə şəxsiyyətlə əlaqəli deyil. Kiçik yaşlı uşaqlar digər insanlarla ünsiyyət qurmağa başlayanda tanımadıqları biriylə danışırkən davranışlarındakı rahatlıq səviyyəsi dəyişir”.

Eley həmçinin deyir ki, utancaqlığın sadəcə 30 faizi genetika ilə bağlıdır, yerdə qalan hissəsi ətraf təsirlərdən qaynaqlanır.

Genetikanın təsirini öyrənmək istiqamətindəki araşdırmalar bir-birinin genetik eynisi olan tək yumurta əkizləri üzərində aparılır.

Eley hesab edir ki, bu tip xüsusiyyətlərin yaranmasında yan faktorlar daha əhəmiyyətlidir. Genetika ilə bağlı maraqlı məqamlardan biri də bizi ətraf təsirlərin içində bizə uyğun qismə yönəltməsidir.

Məsələn, utancaq uşaq oyun parkındakı digər uşaqlarla oynamaq əvəzinə, daha çox onları müşahidə etməyə meyilli olur. Bu halın təkrarlanması uşağın tək olanda özünü daha rahat hiss etməsiylə nəticələnə bilər.

“Əslində, bu və ya digəri demək olmaz, genetika və ətraf mühit bir-birinə təsir edir və onlar birlikdə fəaliyyət göstərirlər. Bu, dinamik bir sistemdir, ona görə də psixoloji müalicə ilə dəyişdirmək mümkündür” – Eley belə deyir.

sosiallaşmaqFotonun müəllifiGETTY IMAGES

Bəs, utancaqlıq pis şeydirmi?

Londondakı Həyəcan Pozğunluqları və Travma Mərkəzinin psixoloqu Chloe Foster hesab edir ki, utancaqlıq çox yayılmış və normal haldır, sosial narahatlıq yaratmadığı müddətcə başqa bir problem yaratmır.

Foster deyir ki, insanlar “görməli olduqları bir çox işdən yayındıqları zaman” müalicə olunmaq istəyirlər. Bu, iş yoldaşları ilə normal dialoq qura bilməmək, sosiallaşmağa çətinlik çəkmək və başqaları tərəfindən mühakimə ediləcəyini düşünmək kimi hallara aiddir.

Təkamülə bağlı səbəblər

Eley hesab edir ki, insanlarda utancaqlıq hissinin inkişaf etməsi, ola bilsin, təkamül prosesinin nəticəsidir:

“Qupunuzdakı insanların kənara kəşfə çıxıb yeni qruplarla rabitə qurması faydalı ola bilər, amma risk sevməyən və içəridə qalıb balaları qorumaq işini daha yaxşı təşkil edən insanlara da ehtiyac olmalıdır”.

Eley deyir ki, utancaq olan və sosial narahatlıq daşıyan insanlar üçün ən təsirli müalicə idraki davranış terapiyasıdır (BDT). Bu müalicə zamanı insanın düşüncə və davranış qəliblərini dəyişdirməyə çalışırlar.

BDT bu cür neqativ düşüncələrin və faydalı hesab etdiyimiz davranışların təsbitinə yardım edir. Deyəcəyi söz üçün əvvəlcədən hazırlaşmaq və ya göz təmasından qaçmaq insanda daha çox narahatlıq yarada bilir.

sosiallaşmaqFotonun müəllifiGETTY IMAGES

Foster deyir ki, utancaqlığa görə kütlə qarşısında danışmağa çətinlik çəkən insanların əsas problemi bir çox hallarda özləri üçün yüksək performans standartları müəyyənləşdirmələrindən qaynaqlanır:

“Halbuki, bir az sakitləşib özümüzə bir-iki dərin nəfəs almaq fürsəti versək, narahatlığımız bir qədər azalacaq”,

Bundan başqa, ətrafda baş verənlərə fokuslanmaq da faydalıdır. Özümüzə yox, dinləyiciyə diqqət etmək səhv sözlər seçmək qorxusunun azalmasına kömək edə bilər.

Sosiallaşma mühitlərinə yeni yanaşma lazımdır. Biz o mühitlərdə ən çox nədən qorxduğumuzu özümüzdən soruşa bilərik. Darıxdırıcı biri olaraq görünməkdən, yoxsa deməyə bir söz tapmamaqdan qorxuruq? Narahatlığımız barədə nə qədər çox şey bilsək, ona meydan oxumaq şansımız bir o qədər çox olar.

Kaliforniya Davis Universitetində şəxsiyyətin psixologiyası üzrə doktorluq işi müdafiə etmiş Jessi Sun utancaqlıqla içinə qapanmağın eyni şey olmadığını deyir.

Adətən, insanlar içinə qapanmağı daxili müşahidəçiliyə və ya düşüncə kəşfinə maraq kimi qiymətləndirirlər. Amma psixoloqlar hesab edirlər ki, bu, yeni təcrübələrə hazır olmaq kimi fərqli bir xarakter xüsusiyyətidir.

Utancaq adamlar əsasən içinə qapanmış olurlar, amma bu xüsusiyyət utanacaq olmayan, sadəcə tək qalmağı xoşlayan şəxslərdə də var.

Sun deyir ki, “şəxsiyyət xüsusiyyətləri xoşbəxtlik proqnozu baxımından ən güclü göstəricilərdən biridir və ünsiyyətcil olmaqla özünü yaxşı hiss etmək arasında güclü bir əlaqə var”.

“Ünsiyyətcil adamlar daha çox həyəcan, coşğu və sevinc hissi yaşayırlar, içinə qapalı adamlarda isə bu hisslər nisbətən zəif olur” – Sun belə deyir.

Bəs, içinə qapalı insanlar ünsiyyətcil olmağa çalışsalar, eyni coşğu və həyacanı hiss edə bilərlərmi?

Sun bir həftəlik qısa bir təcrübəsi zamanı iştirakçılardan həmişəkindən daha ünsiyyətcil, aktiv, cəsur və israrlı davranmağı xahiş edib. Məlum olub ki, ünsiyyətcil adamlar daha pozitiv və orijinal hisslər yaşayıblar, amma içinə qapalı olanların hisslərində xüsusi bir artım olmayıb. Hədsiz səviyyədə aqapalı adamlarda isə hətta yorğunluq və daha neqativ hisslər müşahidə edilib.

Sun deyir ki, içinə qapalı və ya utancaq adamlardan bir həftə boyu bu qədər fərqli davranış gözləmək çox da doğru deyil, amma qısa zaman kəsiklərində belə davranmaları onlar üçün faydalı ola bilər.

Mədəniyyətlərin təsiri

İnsanın utancaq olub-olmadığını müəyyənləşdirməkdə ətraf mühitin təsirini bilmək vacibdirsə, bəs, içinə qapalı şəxslərin xoşbəxtliyinə mədəniyətlərin də təsiri varmı?

Belə hesab olunur ki, ABŞ-da özünə inamlı, ünsiyyətcil adamlara daha çox üstünlük verilir. Amma Yaponiya və Çin də daxil olmaqla, Asiya ölkələrində sakit və özünə qapalı insanlar təqdir edilir.

Göz təmasına münasibət də ölkədən-ölkəyə dəyişir. Qərbdə göz təmasına müsbət xüsusiyyət kimi yanaşırlar, Asiya və Afrika kimi digər mədəniyyətlərdə isə bunu sayğısızlıq və meydanoxuma kimi qiymətləndirə bilərlər.

Sun vurğulayır ki, bu cür mədəniyyət fərqlərinə baxmayaraq bütün ölkələrdə ünsiyyətcil insanlar daha xoşbəxtdirlər.

Amma içinə qapalı olmaq da özü-özlüyündə mənfi xüsusiyyət hesab olunmur.

“Səssizlik: dayanmadan danışılan bir dünyada içinə qapananların gücü” adlı kitab yazan Susam Cain belə deyir:

“İçinə qapalılığı müalicə edilməli bir şey kimi görməyin… Ən yaxşı natiq olmaqla ən yaxşı fikirlərə sahib olmaq arasında zərrə qədər də əlaqə yoxdur”.

COMMENTS