“Utanıb danışmasaq, virusun cinsi yolla yayılma halları artacaq” – Direktor

  • By admin
  • 02 Dekabr 2019 13:47

“İİV virusunun cinsi yolla kecmə halı getdikcə artır”. 

Gununsesi.org xəbər verir ki, bu sözləri QİÇS-lə mübarizə mərkəzinin direktoru Esmira Alməmmədova Ümumdünya QİÇS-lə mübarizə Günü ilə bağlı təşkil olunmuş tədbirdə deyib. O bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərini artırmaq lazımdır:

“Biz bu haqda utanıb danışmasaq, virusun cinsi yolla yayılma halları daha da artacaq. Cavanların cinsi həyatı aktivdir, ancaq nə qədər məlumatlıdırlar?

Bir müddət öncə 3 gənc tələbə seks biznesiylə məşğul olan qadının yanına getmiş və o 3 nəfərdən biri yoluxmuşdu. Əfsus ki, kitab oxuyan gənclərimiz belə bu barədə məlumatsızdır. Yoluxmanın qarşısını almaq çox sadədir. Ancaq mən çox təəssüflənirəm ki, onlar bu barədə məlumatlanmaq istəmirlər”.

Gununsesi.org