Üzünüzdə çıxan sızanaqlar ciddi xəstəliklərin xəbərçisidir- DİQQƏT

Üzünüzdə çıxan sızanaqlar ciddi xəstəliklərin xəbərçisidir

Üz və bədəninizin müxtəlif bölgələrində yaranan sızanaqlar bağırsaqlarınızda problem yaranmasının xəbərçisi ola bilər.

Gununsesi.org xəbər verir ki, sızanaqlar cild məsamələrinin cild yağı və bakteriyalarla tıxanıb iltihab əmələ gətirməsi sayəsində yaranır. Prosesin ən dərin faktorları hormonal dəyişikliklər, bəzi dərmanlar, qida rasionu, ruh halının pozulması və bağırsaq florasının dəyişməsidir.

Aparılan araşdırmalar sübut edib ki, bağırsaq sağlamlığı sadəcə həzm sistemi ilə deyil, immun sistemi, psixologiya, artıq çəki və hətta dəri sağlamlığı ilə də bağlıdır. Buna görə də sağlam və təmiz dəri üçün sağlam bağırsaq sisteminə sahib olmaq vacibdir. Bunun üçün də qidalanmaya fikir vermək lazımdır.

Sağlam dəriyə sahib olmaq üçün qluten, taxıl məhsulları, süd məshulları və şəkərdən uzaq durulmalıdır. Aparılan araşdırmalar süd məhsulları ilə sızanaqlar arasında birbaşa əlaqəni aşkara çıxarıb. İltihabı şiddətləndirən Omeqa-6 yağları da qəbul olunmamalıdır. Qara ciyərin sağlam fəaliyyətinə diqqət yetirmək lazımdır. Qara ciyəri qorumaq üçün qidalanmada razyana, zəncəfil, narıngi, alma, tünd yaşıl yarpaqlı bitkilər, sarıkök, sarımsaq, soğan və brokolyeyə üstünlük verilməlidir.

Sağlam dəri üçün sağlam yağ turşularına yer vermək vacibdir. Bunun üçün kətan toxumu, avokado, balıq, gəzən heyvanın südündən əldə olunmuş kərə yağı və yağlı toxumlar tez-tez istifadə olunmalıdır.

Sağlam dəri üçün həm də orqanizmin kifayət qədər sink ehtiyacını qarşılamaq lazımdır. Bunun üçün balqabaq tumu, dəniz məhsulları, yumurta, sərbəst gəzən heyvanın ətləri, göbələk, noxud və ispanaq rasiondan əskik edilməməlidir.

Gununsesi.org

COMMENTS