Vəkillər Adil İsmayılovun müdafiəsinə qalxdı-BU QƏRARA YENİDƏN BAXILMALIDIR

Vəkillər Adil İsmayılovun müdafiəsinə qalxdı

Azərbaycanın daha bir tanınmış vəkili olan Adil İsmayılovun cəzalandırılması ölkənin hüquq ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Sosial şəbəkələrdə minlərlə insan Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılmasını pisləyən qeydlər yazıb.

Gununsesi.org xəbər verir ki, həmkarları da Adil İsmayılovu dəstəkləyib.

Gənc vəkil Əziz Qənbərov özünün sosial şəbəkə hesabında yazır:

” Adil Ismayilovun 1 illik fəaliyyətinin vəkil həmkarının şikayəti əsasında dayandırılması çox üzücü bir hal olmaqla bərabər hesab edirəm ki, düzgün olmayan qərardır. Adil müəllim kimi Vəkilin yetişməsi üçün illər lazımdır. Adil müəllimin tənqidi və haqlı yazılarının çox olmasını nəzərə alsaq bu qərara və şikayət edən həmkarımızın öz mövqeyinə yenidən baxılması vacibdir”.

Vəkil Elçin Sadıqov da həmkarına qarşı çıxarılan bu qərarı pisləyib:

“Dəyərli vəkil həmkarım Adil İsmayılovdan şikayət edənlərin yəqin ki, yeganə uğurları Adil İsmayılovun fəaliyyətinin bir illik dayandırlmasına nail olmaqdır.

Güman ki, bunu özlərinin qələbəsi kimi sırımağa çalışacaqlar. Təəsüf edirəm.

Adil müəllim ifadə azadlığına müdaxilənin qurbanı olduğunu, bu müdaxilənin qanunda nəzərdə tutulmadığını (AR Konstitusiyasının 46-cı, Mülki Məcəllənin 23-cü, CM-nin 147-ci və 148-ci maddələrinə əsasən yalnız məhkəmələr şərəfin, ləyaqətin və işgüzar nüfunuzun müdafiəsi səlahiyyətli qurumdur, VK RH bu sahədə səalhiyyəti yoxdur), demokratik cəmiyyətdə zəruri olmadığını, müdaxilənin qeyri proporsional olduğunu və müdaxilənin Konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prinsipiləri nəzərə alınmaqla qarşıya qoyulmuş məqsədə zidd olduğunu bildirirəm.

Mövqeyim odur ki, VK RH bu məsələni yenidən müzakirə etməli, Adil İsmayılovun vəkillik fəaliyyətini bərpa etməlidir.

Yenidən müzakirə edilərsə bu işlə bağlı “amicus curae” hazırlamağa hazıram”.

Gunay

Gununsesi.org

COMMENTS