Vəkil: Avropa Məhkəməsinə şikayəti qeyri-hökümət təşkilatlar göndərsə yaxşıdır - KOMPENSASİYALAR NİYƏ GECİKDİRİLİR?

  • By admin
  • 26 İyul 2019 11:54

 

Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tərəfindən qəbul olunmuş qərarlar üzrə kompensasiyaların ödənilməsinin gecikdirilməsi barədə olan şikayətlər üzrə icmal hazırlayıb.

Bu barədə Gununsesi.org-a  vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərə görə, icmal daha çox Azərbaycandan gələn bu şikayətlərin tərtibindəki nöqsanlar barədədir. “Nazirlər Komitəsi hesab edir ki, bu nöqsanlar həmin şikayətlər üzrə hökümət ilə səmərəli danışıqların aparılmasına mane olur. Qərar iki hissədən ibarətdir. Biri kompensasiyaya, digəri isə yerli məhkəmənin qərarına yenidən baxılmasına aiddir. Nazirlər Kabineti hesab edir ki, ikinci hissəsi ilə bağlı Avropa Məhkəməsinə şikayəti qeyri-hökümət təşkilatlar göndərsə yaxşıdır”.

Vəkil bu şikayətlər düzgün tərtib olunduğu halda Nazirlər Komitəsi kompensasiyaların ödənişi üçün hökümətə təsir edə biləcək ehtimal olduğunu qeyd etdi.

Mustafayev əlavə etdi ki, haqları müdafiə etdiyi şəxslərin iyirmisinə AİHM tərəfindən qəbul olunmuş qərarlar üzrə təyin edilmiş kompensasiyalar ya ödənilmir, ya da hissə-hissə ödənilir. “Bu tendensiya 2016-cı ildən start götürüb və təəssüflər ki, hələ də davam edir. Sonda biz məcbur olub Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsinə müraciət etdik”.

Azərbaycan hökuməti isə bu sahədə problem olmadığını, bütün kompensasiyaları ödədiyini bildirir. Çingiz Əsgərov KİV-ə kompensasiyaların ödənilməsi üçün hər hansı müddət göstərilmədiyini demişdi.

Kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir.