Vəkil Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinə müraciət edəcək

  • By admin
  • 18 Avqust 2016 15:24

14011835_246218099111040_964270079_n

 

Bu gün NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, prosesi işıqlandırmağa çalışan Meydan TV-nin iki əməkdaşı İlqar Vəliyev və Aytac Əhmədova, eləcə də Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər səbəb gətirilmədən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar.

Hazırda NİDA-çı Elgiz Qəhrəmanlının vəkili Nemət Kərimli bildirib ki, müdafiə etdiyi şəxsin məhkəməyə gətirilməməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinə müraciət edəcək.

Qeyd edək ki, NİDA-çı E. Qəhrəmanlı məhkəməyə gətirilməyib, proses müttəhimin iştirakı olmadan keçirilib. E.Qəhrəmanlı məhkəməyə ərizə yazıb göndərib. O, ona qarşı irəli sürülən iddiaya etiraz etməyib. 

Gununsesi.info