Vahid Əhmədov pensiyaçıların üzləşdiyi problemlərdən danışdı…

  • By admin
  • 21 İyun 2019 12:25

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov pensiyaçıların üzləşdiyi problemi qaldırıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, o, qeyd edib ki, pensiyaçılar pensiyalarını faktiki olaraq “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bank”ından alırlar:

“Başqa bankomatlardan pensiyalarını çıxaranda isə bu zaman onlardan komissiya haqqı tutulur. Yüksək pensiya alanda bu, bəlkə də həmin şəxslərə təsir etmir. Amma 200 manat pensiya alana təsir edir. Həm də bankomatların sayı azdır. Hər ay pensiya köçəndə bankomatların qarşısında nə qədər növbə dayanır. Bu faiz məsələsi həll edilsəydi, yaxşı olardı”.

 Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatın təklifinə cavab verib.

O, bildirib ki, pensiyaçılar öz pensiyalarını sözügedən bankların bankomatlarından alırlar: “Digər bankların prosesdə iştirakı məsələsinə baxırıq. Burada qanunvericilik məsələsi var. “Dövlət satınalmaları haqqında” məsələyə uğun bunu edirik. Digər bankomatlardan çıxaranda komissiya tutulur. Mən sizin dediyinizdən belə başa düşdüm ki, bu komissiya hardansa kompensasiya olunmalıdır. Nəzərə alaq ki, bu banklar özəldir. Bunu pulsuz etməzlər. Banklarımız inkişaf etdikcə onların şəbəkəsi genişləndikcə biz onları keçirtdiyimiz satınalmalar sisteminə daxil edə bilərik. Bu təklifinizi qeyd etdim və nazirlikdə bu məsələlərə baxarıq”.

Gununsesi.org