Vahid Mustafayev: “Söhbət hansısa bir canidən, düşməndən getmir…” - FOTOLAR

  • By admin
  • 10 Avqust 2016 16:06

ANS3

 

Bu gün Bakı  Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə  hakim Elşanə Vəliyevanın sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun əməkdaşının məhkəmə zalından verdiyi xəbərə görə,  cavabdeh tərəfin nümayəndəsi, MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov iddianın doğru instansiyaya ünvanlanmadığını əsas gətirərək, hakim Elşanə Vəliyevadan iddianın rədd edilməsini tələb edib.   O, bildirib ki, ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinin Apellyasiya Məhkəməsinə ünvanlaması doğru deyil,  İnzibati Prossesual Məcəlləsinin 128.2 maddəsinə uyğun olaraq, iddiaya  inzibati  orqan tərəfindən baxılmalıdır: “Hazırki halla bağlı da iddiaya 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edilməlidir. Ona görə də hesab edirəm ki, iddia rədd edilməli və ya baxılmamış saxlanmalıdır”- deyə, MTRŞ-in Aparat rəhbəri bildirib.

Proesesdə  ANS Müstəqil Yayım və Media Şirkətinin  hüquqlarını qoruyan hüquqşunas Sevda Məhərrəmova  bildirib ki, movcud qanunvericiliyə uyğun olaraq, bundan əvvəl də mənafeyini qoruduğu şirkət “Salam Azərbaycan” və “Xoşqədəmlə səni axtarıram” verilişərinin  MTRŞ tərəfindən yayımı 1 aylıq dayandırıldıqda da, aidiyyatı üzrə Apellyasiya məhkəməsinə müraciət edilmişdi.  Bu günədək ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-nın qərarlarıyla bağlı Apellyasiya Məhkəməsinə müraciət edildiyini vurğulayan S.Məhərəmmova konkret faktları məhkəmənin diqqətinə çatdırıb.  Preosesdə tərəflər arasında mübahisə baş verib. Hər iki tərəf haqlı olduğunu sübuta yetirmək üçün tutarlı arqumentlər səsləndiriblər.

Daha sonra ANS Müstəqil Yayım və Media Şirkətinin sahibi Vahid Mustafayev məhkəməyə  əlavəsi olduğunu bildirib. V. Musatafayev qeyd edib ki, bu məsələylə əlaqədar bizim istinad etdiyimiz qanun maddəsi müraciət üçün Apellyasiya Məhkəməsinin  ünvanını göstərir: “Amma eyni zamanda, bu məsələylə əlaqəli hansısa anlaşılmazlıq, qanunvericilikdə hansısa boşluq varsa, onda yurisdiksiyada president məsələsi ön plana çıxır. Bizim presidentimiz var, bununla əlaqəli bütün məhkəmə çəkişmələrimiz burada keçib.  Bu sonuncu məhkəmə –  hardakı lisenziyamızı əlimizdən alıblar.  Bununlada əlaqəli xahiş edirəm ki,  bunu nəzərə alasınız. İkincisi,  xahiş edirəm, nəzərə alasınız ki, söhbət  hansısa bir canidən,  düşməndən getmir.  Söhbət böyük bir təşkilatdan  gedir. Hansı ki, 25 il Azərbaycana qulluq edib və 1000-dən çox əməkdaşı hazırda ağır sosial vəziyyətdə yaşayır. Onlar maaşsız, işsiz qalıblar.  Qanunvericilikdə belə yurisdiksiyalar, hansısa boşluqlar varsa,  mənə elə gəlir ki, iddiaçının  tərəfini tutmaq lazımdır. Xahiş edirəm, onun ağır vəziyyətini nəzərə alaraq, bu məsələyə son qoymaq  üçün əlinizdən gələni edəsiniz. Təşəkkür edirəm”- deyə, o,bildirib.

 Sonra məhkəmə  müşavirəyə gedib. 10 dəqiqəlik müşavirədən sonra məhkəmə işi baxılmamış saxladığını elan edib.  Hakim Elşanə Vəliyeva  bildirib ki, bu iş üzrə iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Sənədlər baxılması məhkəmə tərəfindən sözügedən məhkəməyə göndəriləcək.

Qeyd edək ki, MTRŞ ANS TV-nin yayımının bir ay müddətində dayandırılması barədə qərar qəbul edib. ANS həmin qərarın ləğv edilməsini istəyir.

Xatırladaq ki, iyulun 29-da isə Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxıb və şirkətin lisenziyası ləğv edilib.

 

ANS1

ANS
Gülnaz Qənbərli
Gununsesi.info