Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

  • By admin
  • 13 Noyabr 2019 17:28

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov hərbi hospitala yerləşdirilib.

Hazırda o, həkim nəzarətində müalicəsini davam etdirir.

Gununsesi.org xəbər verir ki, bu barədə Vaqif Əsədovun özü BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, soyuqdəymə diaqnozu ilə xəstəxanaya müraciət edib.

“Soyuqdan özünüzü qoruyun. Dostlara və mənimlə maraqlanan hər kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə V.Əsədov bildirib.

Gununsesi.org