Vasif Ismayıl ATƏT müşahidəçiləri ilə görüşüb

  • By admin
  • 17 Yanvar 2020 22:23
“Bu gün ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvləri Dominik Havel və Toril Lund ilə görüşümüz oldu. Saat yarımlıq məhsuldar bir söhbət etdik”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında 41 Saylı Sumqayıt Seçki Dairəsindən deputatlığa namizəd Vasif İsmayıl deyib.
Onun sözlərinə görə, bu seçkilərin əvvəlkilərdən fərqli olması diqqətdə olub:
“Azərbaycan cəmiyyətində fəallıq artıb Azərbaycan cəmiyyəti dəyişikliklər istəyir. Siyasi savadlı hissə təkcə dəyişiklik deyil, eyni zamanda islahatlar istəyir. Dəyişikliklər zəif və kövrəkdir. Ehtiyatlı olmalarını başa düşürük və davamı gəlsin deyə biz də vətəndaş cəmiyyəti olaraq ehtiyatlı davranırıq”.
Gununsesi.org