Vaxtı keçmiş kreditlərin həcmi artıb

  • By admin
  • 13 İyun 2016 13:26

kredit

 

 

Problemli kreditlərin həcmində yenə artım müşahidə edilir. Gununsesi.info-nun Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu ilin dörd ayında 18.7 milyard manatlıq kredit qoyuluşunun 1.38 milyardı manatı geri qaytarılmayıb. Bu isə mart ayına nisbətən 55 milyon manat çoxdur.

Ümumilikdə, banklar tərəfindən kredit portfelində azalma var. Belər ki, aprel ayında kredit qoyuluşunun həcmi bu ilin əvvəli ilə müqayisəd,ə 3 milyard manat manata yaxın və ya 14 faiz azalıb.

L.Səlimli

Gununsesi.info